QMİ-dən Ramazan fətvası

QMİ-dən Ramazan fətvası
11:49 29 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.
 
ONA-nın məlumatına görə, fətvada deyilir ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 6-da başlayacaq.
 
Fətvada bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 6-na təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.
Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir.
 
Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır: "Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2019-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən, miladi tarixlə may ayının 6-na təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR