Gürcüstanda ata oğlunu qətlə yetirib

Gürcüstanda ata oğlunu qətlə yetirib
12:02 29 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Qurcaani rayonunun Çumlaki kəndində 69 yaşlı ata öz oğlunu soyuq silahla qətlə yetirib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, 40 yaşlı kişi döş nahiyəsindən aldığı yaradan ölüb.
Kənd sakinlərinin sözlərinə görə, hadisədən öncə ata və oğul arasında mübahisə olub. Qətlə ailə münaqişəsinin səbəb olduğu bildirilib.
Faktla bağlı Cinayət Məcəlləssinin qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb. Oğlunun qətlində şübhəli bilinən ata saxlanılıb. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gurcustanda-ata-oglunu-qetle-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR