Buraxılış imtahanlarının cavabı

"Mart-aprel ayında keçirilən imtahanlarda 222578 abituriyent iştirak edib".

Metbuat.az-ın məlumatına görə, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, 3 martda keçirilən 9-cu sinif buraxılış (I imtahan günü) imtahanında 37434 şagird iştirak edib. Həmin imtahanın nəticəsi 18 apreldə elan olunmağıma baxmayaraq, cəmi 26857 abituriyent öz nəticələrinə (balına) baxıb: "12 min abituriyent hələ də nəticələrinə baxmayıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə 10795 (29%) nəfər baxıb.

10 martda keçirilən 9-cu sinif buraxılış (II imtahan günü) imtahanlarının nəticələri 23 apreldə elan olunub. İmtahanda 39700 abituriyent iştirak etsə də, cəmi 25762 abituriyent öz nəticələrinə (balına) baxıb. Cavab vərəqlərinə (verilən suallara hansı cavabı yazdığına) isə 6973 (18%) nəfər baxıb 17 martda keçirilən 9-cu sinif buraxılış (III imtahan günü) imtahanında 33054 iştirak edib. Bu imtahanın nəticələri isə 30 apreldə elan olunacaq". Məleykə Abbaszadə bildirib ki, 9 illik bazadan kolleclərə qəbul 31 martda keçirilib. İmtahanda 7761 şagird iştirak edib, bu imtahanın nəticələri 6 mayda elan olunacaq. 7 apreldə 11-ci sinif buraxılış (I imtahan günü) imtahanında 27659 abituriyent iştirak edib. 14 apreldə keçirilən 11-ci sinif buraxılış (II imtahan günü) imtahanlarında 28919 abituriyent iştirak edib. 21 apreldə keçirilən 11-ci sinif buraxılış (III imtahan günü) imtahanında 22748 abituriyent iştirak edib. Hər üç imtahanın nəticələri yay qəbul imtahanlarınadək elan olunacaq". M.Abbaszadə bildirib ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı 28 apreldə keçirilib. İmtahanda 20325 nəfər iştirak edib. Bu imtahanın nəticələri də yay qəbul imtahanlarınadək elan olunacaq.

17 martda keçirilən dövlət qulluğuna qəbul (A növü) imtahanında 97 nəfər iştirak edib və nəticələr həmin gün elan edilib, 24 nəfər sertifikat alıb 30 martda Vəkillər Kollegiyasına qəbul imtahanında 238 nəfər iştirak edib. İmtahan nəticələri həmin gün elan edilib və 171 nəfər müsabiqə şərtini ödəyib. Vergi orqanlarına işə qəbul imtahanı 30 martda keçirilib və imtahanda 1544 iştirak edib. İmtahan nəticələri həmin gün elan olunub, nəticələrə görə, 108 nəfər müsabiqə şərtini ödəyib. 6 apreldə keçirilən TOEFL imtahanında 12 nəfər iştirak edib və nəticələri 16 apreldəl elan olunub. Nəticələr ETS tərəfindən elan olunur Rezidenturaya qəbul imtahanı 7 apreldə keçirilib və 930 nəfər iştirak edib. Nəticələr 8 apreldə elan olunub, nəticələrə görə, 459 nəfər müsabiqə şərtini ödəyib.

21 apreldə keçirilən dövlət qulluğuna qəbul (B növü) imtahanında 1754 nəfər iştirak edib və nəticələr həmin gün elan edilib. Nəticələrə görə, 412 nəfər sertifikat alıb. 10 apreldə dövlət qulluğuna qəbul (onlayn sınaq) imtahanında 112 nəfər iştirak edib. 16 martda ezidenturaya qəbul (onlayn sınaq) imtahanında 291 nəfər iştirak edib. Azərbaycan dili (dövlət dili kimi) imtahanı - I imtahan 5 may, Azərbaycan dili (dövlət dili kimi) imtahanı - II imtahanı isə 26 mayda keçiriləcək. Magistraturaya qəbul imtahanının II mərhələsi 26 mayda keçiriləcək, hazırda qeydiyyat davam edir. J

Jurnalistikaya aid ixtisaslaşmalarını seçənlərin qabiliyyət imtahanı 1-3 mayda keçiriləcək, qeydiyyat davam edir. 68, 69, 70-ci proqramı seçənlərin qabiliyyət imtahanı 29-31 mayda keçiriləcək, hazırda qeydiyyat davam edir". Məleykə Abbaszadə bildirib ki, I və IV qruplar üzrə yaz imtahanı 12 mayda keçiriləcək. İştirakçıların sayı 32245 nəfərdir. I və IV qruplar üzrə yay imtahanı isə 23 iyunda keçiriləcək, bu imtahanlar üçün qeydiyyat hələ başlamayıb. II və III qruplar üzrə yaz imtahanı 19 mayda keçiriləcək, 35587 iştirak edəcək. II və III qruplar üzrə yay imtahanı isə 7 iyulda keçiriləcək, qeydiyyat hələ aparılmayıb. 9-cu sinif buraxılış II mərhələ (I imtahan günü) 2 iyunda keçiriləcək, təxmini 37434 nəfər iştirak edəcək. 9-cu sinif buraxılış II mərhələ (II imtahan günü) 9 iyunda keçiriləcək, təxmini 39700 iştirak edəcək. 9-cu sinif buraxılış II mərhələ (III imtahan günü) 16 iyunda keçiriləcək, təxmini 33054 iştirak edəcək. 9 illik bazadan kolleclərə qəbul 30 iyunda keçiriləcək, təxmini 7761 nəfər iştirak edəcək. Dövlət qulluğuna qəbul 5 may və 30 iyunda keçiriləcək. 5 mayda keçiriləcək imtahana qeydiyyat davam edir, 30 iyunda keçiriləcək imtahana isə qeydiyyat hələ aparılmayıb".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR