Tanınmış jurnalist anıldı

Tanınmış jurnalist anıldı
13:18 29 Aprel 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış tərcüməçi-jurnalist, bir il əvvəl dünyasını dəyişmiş Akif Qəhrəmanlının anım mərasimi keçirilib.

Publika.az xəbər verir ki, toplantıda mərhum qələm sahibinin həmkarlarının və dostlarının xatirələrindən ibarət “Mən sabah da varam” toplusu ictimaiyyətə təqdim edilib.

Mərasimi giriş sözü ilə açan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə bildirib ki, əmək fəaliyyətinə adi fəhləlikdən başlamış A.Qəhrəmanlı ali filoloji təhsildən sonra uzun illər ölkənin ən nüfuzlu media qurumları olan AZƏRTAC-ın, “Xalq qəzeti”nin, “Azərnəşr”in, müstəqillik illərində isə Azərbaycan Prezidenti Administrsiyasının tərcümə şöbələrində müxtəlif vəzifələrdə çalışıb, saysız-hesabsız cari materialı, bir sıra gərəkli mənbəni və populyar kitabları rus dilindən ana dilimizə çevirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi İsrafil Qurbanov A.Qəhrəmanlının ötən onilliklərdə milli tərcümə sənətinin aparıcı istiqaməti olmuş rus- azərbaycan dilləri üzrə tərcümə işinin mahir və tanınmış nümayəndələrindən biri olduğunu, onun mətbuatda, nəşriyyatda və ali idarəetmə orqanlarında səmərəli tərcüməçilik fəaliyyətinin vurğulayıb, onunla bağlı xatirəsini bölüşüb.

A.Qəhrəmanlı barədə yeni çapdan çıxmış “Mən sabah da varam” xatirələr toplusunun tərtibçisi tədqiqatçı-jurnalist Şəfəq Nasir, tanınmış tərcüməçi-jurnalist Rafiq Savalan, mərhum jurnalistlə birlikdə işləmiş, dostluq etmiş yazarlardan Rafiq Hacıyev, Tahir Aydınoğlu, Əlirza Xələfli, Esmira Şükürova, Teymurşah Xaspoladov, Əntiqə Qonaq, Şəmsiyyə Kərimova və başqaları mərhum həmkarlarının yüksək insani və peşəkarlıq xüsusiyyətlərindən söz açıb, onun xatirəsinin əziz, xidmətlərinin unudulmaz olduğunu söyləyiblər.

Tanınmış iqtisadçı və sabiq millət vəkili Eldar Qəhrəmanov qardaşının xatirəsinə göstərilən yüksək ehtirama və qədirbilənliyə görə ailə üzvləri adından Azərbaycan Mətbuat Şurasına və mərasim iştirakçılarna minnətdarlığını bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/277112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR