Azərbaycan millisinin futbolçusu "Qarabağ"ın heyətində 250-ci matçına çıxıb

Azərbaycan millisinin futbolçusu "Qarabağ"ın heyətində 250-ci matçına çıxıb
13:22 29 Aprel 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XXVI turundakı "Zirə" ilə qarşılaşma “Qarabağ”ın futbolçusu Riçard Almeyda üçün əlamatdar olub. 
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 250-ci matçını keçirib. Azərbaycan millisinin də formasını geyinən oyunçu bu görüşlərdə 54 qol vurub.
Almeyda Premyer Liqada 173 matçda 42, Azərbaycan kubokunun 22 oyununda 5, avrokuboklardakı 55 qarşılaşmada 7 dəfə rəqib qapısına yol tapıb. "Zirə" ilə görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Premyer Liqanın XXVI turu “Sumqayıt”ın futbolçusu Arif Daşdəmirov üçün də yubileylə yadda qalıb. 32 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 300-cü matçını keçirib. Yubiley “Neftçi” ilə səfərdəki qarşılaşmaya təsadüf edib. 3:2 hesablı qələbəyə sevinən futbolçu “Sumqayıt”da 22-ci matçında forma geyinib.
Azərbaycanda 2005/2006 mövsümündə debüt edən Daşdəmirov 300 oyunda 14 qol vurub. O, hazırkı klubunadək “Şahdağ”da 19 (2 qol), “MKT-Araz”da 22 (2 qol), “Masallı”da 20 (1 qol), “Standard”da 16, “Qəbələ”də 48 (1 qol), “İnter”də (indiki “Keşlə”) 138 (8 qol), “Qarabağ”da 15 oyun keçirib.
Qeyd edək ki, Arif Daşdəmirov Azərbaycan çempionatlarında 300 və daha çox oyun keçirən 20-ci futbolçudur.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/millimizin-futbolcusu-komandasinin-heyetinde-250-ci-matcina-cixdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR