Qurbanovlu “Qarabağ”ın 200-cü qələbəsi

Qurbanovlu “Qarabağ”ın 200-cü qələbəsi
13:29 29 Aprel 2019
119 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 200-cü çempionat qələbəsini qazanıb.

Trend-in məlumatına görə, bu, Azərbaycan Premyer Liqasının XXVI turunun “Zirə” ilə səfər oyununa təsadüf edib.

2008-ci ildən “Qarabağ”ı çalışdıran Q.Qurbanov 11 ildə komandasını Premyer Liqada 340 oyuna çıxarıb. Bunların 200-də qələbə qazanan komanda 84 heç-heçə edib və 56 dəfə uduzub.

Qeyd edək ki, Q.Qurbanovun Premyer Liqa karyerasındakı ümumi qələbə sayı 218-dir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3054117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR