Mərdəkanda bağ evində qətl - Bakı sakini keçmiş məhkum yoldaşını öldürdü

Mərdəkanda bağ evində qətl - Bakı sakini keçmiş məhkum yoldaşını öldürdü
13:32 29 Aprel 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 28-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birində Bakı şəhər sakini, əvvəllər qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma və soyğunçuluğa görə məhkum olunmuş R.İlyasov münaqişə zəminində tanışı, paytaxt sakini, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sergey Musayevə kəsici alətlə xəsarət yetirib hadisə yerini tərk edib.

S.Musayev aldığı xəsarətlərdən ölüb.

Xəzər Rayon Polis İdarəsi və prokurorluğu tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/750668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR