Dünya çempionumuz məşhur xalq artistini tanımadı - FOTO

Dünya çempionumuz məşhur xalq artistini tanımadı - FOTO
13:52 29 Aprel 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Kikboksinq üzrə dünya kəmərinin sahibi, 11 qat Azərbaycan, 3 dəfə dünya və Avropa çempionu Ramal Aslanov "İdman Azərbaycan" kanalında yayımlanan "IQ Arena" verilişinin qonağı olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, veriliş ərzində bir neçə suala doğru cavab verən idmançı məşhur kinoaktyor Həsən Məmmədovu tanımayıb. "Qatır Məmməd" obrazını hansı aktyorumuz canlandırıb" sualına cavab verməli olan Aslanov köməkdən istifadə etməklə vəziyyətdən çıxıb.

Verilişin sonunda aparıcı Mümtaz Xəlilov bildirib ki, R.Aslanov güləş üzrə üçqat dünya və Avropa çempionu Hacı Əliyevdən sonra ən çox suala (9 sual) cavab vermiş idmançıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/750657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR