Azərbaycan milli komandasına yeni futbolçular cəlb olunacaq

Azərbaycan milli komandasına yeni futbolçular cəlb olunacaq
13:52 29 Aprel 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışı ilə bağlı planları 10 gündən sonra açıqlanacaq. 
Bu barədə "Report"a yığmanın baş məşqçisi Nikola Yurçeviç məlumat verib. 53 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqası və ölkə kubokundakı qarşılaşmalar başa çatdıqdan sonra müvafiq qərar qəbul edəcəyini bildirib. 
Xorvatiyalı baş məşqçi yığmaya, az sayda da olsa, yeni futbolçuların cəlb olunacağını diqqətə çatdırıb: "Hansısa xarici klub millinin oyunçuları barədə məndən nə isə soruşsa, əlbəttə, müsbət rəy verəcəyəm. Əminəm ki, bir neçə futbolçu Avropada oynaya biləcək səviyyədədir".
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlarını iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiyaya qarşı keçirəcək. Hər iki görüş "Bakcell Arena"da təşkil olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-milli-komandasina-yeni-futbolcular-celb-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR