"Bu gündən Azərbaycanda Xorvatiya səfirliyi fəaliyyət göstərəcək" - Məmmədyarov

"Bu gündən Azərbaycanda Xorvatiya səfirliyi fəaliyyət göstərəcək" - Məmmədyarov
13:54 29 Aprel 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub". ONA-nın məlumatına görə, Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda xorvatiyalı həmkarı, xanım Mariya Peyçinoviç Buriçlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
Nazir bildirib ki, bu gündən Azərbaycanda Xorvatiyanın səfirliyi fəaliyyət göstərəcək: "2013-cü ildə strateji tərəfdaşlıq sənədi imzalamışıq. Bu çərçivədə fəaliyyət istiqamətlərini müzakirə etmişik. Xorvatiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır. Xorvatiya ərazi bütövlüyü və beynəlxalq çərçivədə tanınmış sərhədləri tanıyır. Münaqişənin sülh yolu ilə və BMT TŞ-nin qətnamələri çərçivəsində həllini dəstəkləyir".
 
E.Məmmədyarov qeyd edib ki, Xorvatiya Cənub Qaz Dəhlizi layihəsində də maraqlıdır: "Enerji sahəsində əməkdaşlığı gücləndirməyi müzakirə etdik. Nəqliyyat sahəsində əməkdaşlığı da gücləndirməliyik. İnfrastruktur baxımdan xeyli imkan var. Xorvatiya tərəfi də bunu dəstəkləyir və qəbul edir".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR