Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika Olimpiadasına start verilib

Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika Olimpiadasına start verilib
15:22 29 Aprel 2019
38 Digər
Ölkə mətbuatı
A- A+

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasına start verilib. 
Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, NRYTN, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə olimpiadanın birinci mərhələsi bu gün Bakı Mühəndislik Universitetində keçirilib.
Respublika üzrə 24 ali təhsil müəssisəsindən 69 komanda Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin, eləcə də Azərbaycan Texnologiya Universitetinin tələbələri bu il Olimpiadada fəallığı ilə seçilib.
Artıq 13 ildir keçirilən olimpiada beynəlxalq “Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada (“ACM/ICPC”) qaydaları”na uyğun olaraq təşkil edilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda isə qalib elan edilir.
Bu il üzrə qaliblər (I-IV yerlər) “Azercell Telecom” və “BestComp Group” MMC-nin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaq.
Məlumat üçün bildirək ki, 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.
Olimpiadanın final mərhələsi mayın 4-ü İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq.










Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/24-ali-tehsil-muessisesi-umumrespublika-olimpiadasinda-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR