Güzəştli mənzillərin növbəti seçim prosesi başa çatdı

Güzəştli mənzillərin növbəti seçim prosesi başa çatdı
15:23 29 Aprel 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 6-7 saylı binaları üzrə 22 mənzil, həmçinin 8 və 9 saylı binalarında yerləşən 132 mənzilin, ümumilikdə 154 mənzilin satışı prosesi bu gün saat 11:00-da başlayıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatıb.

MİDA-dan Publika.az-a verilən məlumata görə, “güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11003 nəfərdir.

Bugünkü satış zamanı 154 mənzilin seçimində iştirak edənlərin sayı 4624 nəfər olub. Bu isə güzəştli mənzillərə vətəndaşların tələbatının və marağının yüksək olduğunun göstəricisidir. Bu saata olan məlumata görə seçilmiş 154 mənzilin 147-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında idi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/277126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR