Dövlət Gömrük Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edib
15:27 29 Aprel 2019
37 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Qazax şəhərində vətəndaşları qəbul edib. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Qəbulda bölgədə yerləşən - Qazax, Tovuz və Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dovlet-gomruk-komitesinin-sedri-qazaxda-vetendaslari-qebul-edib-29042019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR