NASCAR rallisində sürücünün avtomobili bir neçə dəfə dövrə vurub

NASCAR rallisində sürücünün avtomobili bir neçə dəfə dövrə vurub
15:32 29 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

NASCAR rallisinin ABŞ-ın Alabama ştatında yerləşən "Talladega Superspeedway"dəki növbəti mərhələsində Kayl Larsonun avtomobili bir neçə dəfə dövrə vurub.
"Report" xəbər verir ki, buna səbəb digər sürücü Uilyam Bayronun 26 yaşlı pilotun "Chip Ganassi Racing Chevrolet Camaro" markalı maşınını vurması olub.
Larson daha sonra digər həmkarı Cefri Yernhardın idarə etdiyi avtomobillə toqquşub. Nəticədə hər iki avtomobil sıradan çıxıb. Yernhardın maşını hasara çırpılıb, Larsonun avtomobili isə bir neçə dəfə çevrilib.
O, hadisədən sonra avtomobilin uçduğunu hiss etdiyini və dayanacağına ümid etdiyini söyləyib. Sürücü hadisədən sonra ciddi xəsarət almayıb. 
Qeyd edək ki, bu, Kayl Larsonun son dörd yarışda dördüncü qəzası olub. 

Wow. pic.twitter.com/yqpIecTbmk— FOX: NASCAR (@NASCARONFOX) April 28, 2019


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/nascar-rallisinde-surucunun-avtomobili-bir-nece-defe-dovre-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR