“5G” texnologiyasının tətbiqi daha sürətli olacaq

“5G” texnologiyasının tətbiqi daha sürətli olacaq
15:35 29 Aprel 2019
Ölkə mətbuatı
A- A+

“CCS Insight” analitiklərinin proqnozuna görə, “4G” mobil rabitə standartı ilə müqayisədə “5G” texnologiyası daha sürətli tətbiq olunacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ilədək dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 1 milyardı ötməlidir. Gözləntilərə görə, 2025-ci ildə “5G” qoşulmaların sayı 2,8 milyarda yaxınlaşacaq ki, bu da mobil qoşulmaların ümumi sayının 20%-ni təşkil edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bir neçə mobil operator (ABŞ-ın “AT&T” və “Verizon”, Cənubi Koreyanın “SK Telecom”, “KT” və “LG Uplus” operatorları, həmçinin İsveçrənin “Swisscom” şirkəti) “5G” üzrə ilk kommersiya xidmətlərinin göstərilməsinə başlayıb. Lakin “CCS Insight” analitik şirkətinin nümayəndələri hesab edirlər ki, “5G” şəbəkələrinin genişmiqyaslı yayılmasına bir neçə il vaxt lazım olacaq.
 
“5G” standartının əsl tətbiqi 2020-ci ildə (aparıcı “Android” smartfon istehsalçıları yeni standartı dəstəkləyən modellər buraxacaqlar) başlanacaq. Bundan başqa, bu yaxınlarda “Apple” və “Qualcomm” arasında imzalanmış saziş 2020-ci ildə “5G” texnologiyasını dəstəkləyən “iPhone” istehsalına imkan verəcək ki, bu da sözügedən texnologiyanın yayılmasını sürətləndirəcək.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60445-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR