Ermənistanda polis əməkdaşı rüşvət aldığı yerdə həbs olunub

Ermənistanda polis əməkdaşı rüşvət aldığı yerdə həbs olunub
17:17 29 Aprel 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan Polisinin Kotayk bölməsinin axtarış-əməliyyatçısı həbs edilib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin Mətbuat xidmətindən bildiriblər.
Adı açıqlanmayan polis əməkdaşı vətəndaşlardan davamlı olaraq şantaj və qısnama vasitəsilə rüşvət tələb edib və alıb. İnformasiya yoxlanılaraq, təsdiqlənib. Polis əməkdaşı 2017-ci ilin iyunundan 2019-cu il aprelin 26-dək 4 milyon 265 min 800 dram (8 min 864 dollar) məbləğində rüşvət alıb. Sonuncu dəfə o, rüşvət alarkən, tutulub.
Polis əməkdaşı rüşvət almaq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Onun barəsində həbs qətiimkan tədbiri seçilib. 



Xəbərin orijinal ünvanı: https://report.az/region/ermeniostanda-polis-rusvet-alarken-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR