Azərbaycanla Xorvatiya arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Xorvatiya arasında əməkdaşlıq müzakirə edilib
17:22 29 Aprel 2019
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində Xorvatiyanın Baş nazirinin müavini, Xarici İşlər və Avropa məsələləri üzrə naziri Mariya Peyçinoviç Buriç ilə görüşüb.

Xorvatiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Nazirlər iki ölkə arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə edibər və əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.

E.Məmmədyarov Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı 11 mart 2013-cü il tarixində Zaqrebdə imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin əhəmiyyətini qeyd edib. Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən nazir, bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirilməli olduğunu söyləyib. Səfər çəçrivəsində təşkil olunan Azərbaycan-Xorvatiya biznes forumunun bu baxımdan mühüm rol oynadığı bildirilib.

Görüş zamanı E.Məmmədyarov həmçinin Xorvatiyadan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Xorvatiya şirkətlərini sözügedən layihələrdən yararlanmağa dəvət edib.

Azərbaycan Prezidentinin ötən ilin sentyabrında Xorvatiyaya rəsmi səfərini məmnunluqla xatırlayan M.P.Buriç, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. İkitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı perspektivlərinin dəyərləndirilməsi baxımından Bakıda keçirilmiş biznes forumunun önəmini səsləndirən xanım Nazir, növbəti biznes forumunun yaxın gələcəkdə Zaqrebdə təşkil ediləcəyini bildirib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında danışan nazir E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Xorvatiyanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edilib.

Tərəflər, Azərbaycan Avropa İttifaqı əlaqələri, Şərq Tərəfdaşlığının yubiley tədbirləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3054332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR