Samirə uzun fasilədən sonra qayıdır - FOTO

Samirə uzun fasilədən sonra qayıdır - FOTO
17:27 29 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Aparıcı Samirə Rəhimova uzun fasilədən sonra yeni layihə ilə geri qayıdır. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Sosial Çarx" layihəsini təqdim edəcək. Samirə bildirib ki, artıq efirin bir neçə buraxılışı da yayımlanıb:

"Layihə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələrə rəng qatacaq, özündə TV, radio və sosial media konseptini birləşdirir. Yarışma xarakterli bir proqramdır. Oyunda iştirak etmək üçün izləyicilər xüsusi hazırlanmış oyun postunun şərh bölməsində 1-dən 9-a qədər 6 fərqli rəqəm seçərək, qeyd etməlidirlər. "Sosial Çarx" oyunu həftənin çərşənbə axşamı saat 21:00 - da rəsmi İnstaqram" hesabında canlı yayımda keçirilir.
 
Oyunda 1 saat ərzində rəqəmlər aparıcı və tanınmış qonaq tərəfindən təsadüfən seçilir. Əgər iştirakçıların şərhdə qeyd etdiyi rəqəmlər çarxdan təsadüfi seçilmiş rəqəmlərlə üst-üstə düşərsə, həmin iştirakçılar proqramdan müxtəlif hədiyyələr qazanacaq".

Qeyd edək ki, Samirə tamaşaçılara ATV-də yayımlanan "Şarm" verilişindən tanışdır. O, ana olduqdan sonra aparıcılığa fasilə vermişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/750732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR