DGK sədri “Qırmızı Körpü”də olub

DGK sədri “Qırmızı Körpü”də olub
17:36 29 Aprel 2019
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Komitədən Trend-ə verilən məlumata görə, S.Mehdiyev öncə “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsinin yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzinə baxış keçirib.

Xatırladaq ki, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində yaradılıb.

Komitə sədrinə məlumat verilib ki, Ticarətin Asanlaşdırılması Mərkəzinin ümumi sahəsi 12 hektardır. Mərkəzin inzibati binasının ümumi sahəsi 1590 kv.m təşkil edir. Binanın birinci mərtəbəsində müvafiq dövlət qurumları “bir pəncərə” prinsipi əsasında xidmət göstərir. İkinci mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşir. Mərkəzin ərazisində həmçinin yük avtomobillərinin yoxlanılması üçün “X-ray” qurğusu yerləşdirilib, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi yer və yataqxana da var.

Sonra S.Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə məlumat verilib.

Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3054275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR