Ramazan ayının təqvimi açıqlandı - CƏDVƏL

Ramazan ayının təqvimi açıqlandı - CƏDVƏL
18:54 29 Aprel 2019
238 Digər
Ölkə mətbuatı
A- A+

Ramazan ayının təqvimi açıqlanıb.
 
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) ONA-ya verilən məlumata görə, təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları əks olunub.
 
Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi).
 
Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.
 
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.
 
Ramazan bayramı isə iyunun 5-6-na təsadüf edir.
 
  

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312951

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR