AFFA iki komandanı mövsümün sonuna kimi turnirdən uzaqlaşdırıb

AFFA iki komandanı mövsümün sonuna kimi turnirdən uzaqlaşdırıb
19:47 29 Aprel 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Region Liqasının II play off mərhələsindəki “Füzuli” – “FC Baku” matçından sonra “Füzuli” klubu AFFA-ya rəsmi müraciət ünvanlayıb. 
"Report"un məlumatına görə, müraciətə əsasən, Region Liqasının İşçi Qrupu və AFFA-nın danışılmış oyunlarla bağlı komissiyası tərəfindən araşdırma aparılıb. Araşdırma üçün təqdim olunmuş faktlar nəzərə alınmaqla, araşdırmanın ilkin nəticəsi olaraq “Füzuli” və “FC Baku” cari mövsümün sonuna qədər Region Liqası turnirindən kənarlaşdırılıb. 
Manipuliyasiya faktında birbaşa və dolayı iştirakı şübhə doğuran, “Füzuli” və “FC Baku” klublarında bu və ya digər şəkildə təmsil olunan rəsmi və qeyri-rəsmi şəxslər haqqında araşdırmalar bitdikdən sonra fərdi qaydada qərar qəbul ediləcək.
Qeyd edək ki, “Füzuli” və “FC Baku” komandalarının turnirdən kənarlaşdırılmasından "Uğur" komandasının finaldakı rəqibi də bəlli olub. Sumqayıt təmsilçisi həlledici görüşdə "Şahdağ"la üz-üzə gələcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-danisilmis-oyunlara-gore-iki-komandani-turnirden-uzaqlasdirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR