Elmar Məmmədyarov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri ilə görüşüb

Elmar Məmmədyarov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri ilə görüşüb
21:42 29 Aprel 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Monzo səmimi qarşılanmaya görə təşəkkürünü bildirməklə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və Milli Məclisin sədri ilə görüşün keçirildiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından faydalı müzakirələrin aparıldığını vurğulayıb.
Görüş zamanı Azərbaycan ilə Argentina arasında əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub. Tərəflər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərini münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini xüsusilə vurğulayıblar.
E.Məmmədyarov 2019-cu ilin martında Argentinaya səfərini qeyd edərək səfər çərçivəsində keçirilmiş faydalı görüşləri və bir çox sahələr üzrə inkişaf etməkdə olan ikitərəfli münasibətləri qeyd edib.
Ölkələr arasında əlaqələrin inkişafı baxımından parlament diplomatiyasının önəmli rol oynadığı qarşı tərəfin diqqətinə çatdıran nazir səfərin iki ölkə arasında olan münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
E.Monzo E.Məmmədyarovun Argentinaya son səfərini və onunla keçirilmiş görüşü məmnunluqla xatırlayıb və hazırkı səfərinin Azərbaycanı daha yaxından tanımaq üçün əlverişli imkan yaratdığını qeyd edib.
Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-argentina-hokumetinin-resmisi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR