"Facebook"dan YENİ normalar - 90 gün istifadə edilmədiyi halda...

"Facebook"dan YENİ normalar - 90 gün istifadə edilmədiyi halda...
21:57 29 Aprel 2019
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Facebook"da sorğuların aparılması üçün əlavələrin işi məhdudlaşdırılacaq

Milli.Az ictnews-a istinadla xəbər verir ki, "Facebook" administrasiyası sosial şəbəkədə istifadəçinin şəxsi məlumatlarının alınması üçün nəzərdə tutulan əlavələrin fəaliyyətinə məhdudiyyətlərin tətbiqinə başlayıb.  

Bu düzəliş "Facebook" ilə əməkdaşlıq edən proqram təminatı tərtibatçıları üçün qaydalara edilib.

Yeni normalara görə, qeyd olunan əlavələrin sosial şəbəkədə fəaliyyət göstərməsi qadağan ola bilər.

"Facebook" nümayəndəsi telekanala açıqlamasında bildirib ki, həmin əlavələr tam qadağan edilməsə də, onlar sosial şəbəkə mütəxəssisləri tərəfindən diqqətlə yoxlanılacaq. Bunun hansı kriterilər üzrə həyata keçiriləcəyi barədə məlumat verilmir.

Qaydalara, həmçinin, mobil əlavələr tərəfindən müxtəlif istifadəçi informasiyasının tətbiqi üçün icazələrə aid əlavə bəndlər daxil edilib.

Yeni normalara əsasən, əlavə tərəfindən istifadəçinin tətbiqinə icazə verdiyi məlumatlar 90 gün ərzində istifadə edilmədiyi halda müvafiq saziş ləğv edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR