“Azərbaycan nemətləri” Sibirdə təqdim olunur - FOTO

“Azərbaycan nemətləri” Sibirdə təqdim olunur - FOTO
22:03 29 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Novosibirskdə Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” layihəsinin təqdimatı olub.

Ticarət Nümayəndəliyində Publika.az-a bildiriblər ki, “Novosibirsk Ticarət-Sənaye Palatası” İttifaqının və Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun təşkilatçılığı, “Rus-Azərbaycan Evi” regional ictimai təşkilatının dəstəyi ilə aprelin 29-da Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” layihəsinin növbəti təqdimatı Novosibirskdə keçirilib.

Yerli sahibkarlar, biznesmenlər və iri marketlər şəbəkələrinin rəhbərləri Azərbaycanda istehsal olunmuş məhsullara böyük maraq göstərib və “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi”nin də daxil olduğu “Azərbaycan” Ticarət Evi” layihəsinin konsepsiyası ilə yaxından tanış olublar.

Novosibirsk Ticarət-Sənaye Palatasında keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev konsepsiyanın əsas istiqamətlərindən ətraflı bəhs edib.

Konsepsiyanın məqsədlərinin həyata keçirilməsində əsas rol Ticarət Nümayəndəliyi tərəfindən formalaşdırılan və Azərbaycan məhsullarının Rusiyaya tədarükü üzrə fəaliyyət göstərən “Azərbaycan” Ticarət Evi”nə ayrılır. Bu sistem Azərbaycanın ixrac, sərmayə və turizm potensialını nümayiş etdirən, dövlət və özəl tərəfdaşlıq prinsipləri əsasında daimi fəaliyyət göstərən Azərbaycan məhsullarının Rusiyaya idxalı üzrə ixtisaslaşmış şirkətdən və “Azərbaycan nemətləri” mağazalar şəbəkəsindən ibarətdir.

“Azərbaycan nemətləri” mağazaları sahibkarlar tərəfindən açılacaq, “Azərbaycan” Ticarət Evi” isə Azərbaycan məhsullarının geniş çeşidlərinin tədarükündə onlara kömək edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/277158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR