Bolqarıstanın və Rumıniyanın Şenqen məkanı ilə birləşməsi sual altındadır

Bolqarıstanın və Rumıniyanın Şenqen məkanı ilə birləşməsi sual altındadır
22:05 29 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Fransa Prezidenti Emmanuel Makronun Şenqen məkanı ilə bağlı təklif etdiyi islahat Rumıniya və Bolqarıstanın bu zonaya daxil olmalarını çətinləşdirə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə E.Makronun Şenqen məkanın təşkilinə yenidən baxılması və bu zonadan ümumi sərhədlərin qorunmasına dəstək verməyən üzvlərin çıxarılması barədə bəyanatını şərh edən ekspertlər məlumat veriblər. Avropa Komissiyasının 2018-ci ildə məruzəsinə əsasən, Rumıniya Bolqarıstandan fərqli olaraq, Şenqen məkanına daxil olması üçün bütün şərtləri yerinə yetirməyib. Jan-Klod Yunker bildirib ki, Rumıniya və Bolqarıstanın Şenqen məkanına daxil olmaları üçün bu ölkələrdə korrupsiya və cinayətkarlıqla mübarizəni, ədliyyə sistemini nəzərdən keçirən Yoxlama və Əməkdaşlıq Mexanizmi işini 2019-cu ilin payızınadək bitirməlidir və bu ölkələrlə bağlı qərar qəbul edilməlidir.

Qeyd edək ki, hazırda Avropa İttifaqının 28 ölkəsindən 22-si Şenqen məkanına daxildirlər. Böyük Britaniya, İrlandiya, Kipr bu məkana daxil deyillər. Rumıniya, Bolqarıstan və Xorvatiya isə Şenqen birliyinə daxil olmaq üzrədirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR