Rusiyada bir sıra ölkələrə pul köçürülməsinə məhdudiyyət qoyulub

Rusiyada bir sıra ölkələrə pul köçürülməsinə məhdudiyyət qoyulub
22:12 29 Aprel 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Mərkəzi Bankı pul köçürmələri sistemlərinin Vyetnam, Çin, Qırğızıstan və Qazaxıstana pul köçürülməsinə limit qoymasına nail olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya KİV-lərinin yazdığına görə, indi Qazaxıstana ayda 150 min rubladək, digər üç ölkəyə isə 100 min rubladək məbləğində vəsait köçürmək mümkün olacaq. Məhdudiyyət ölkədə qara bazarda aparılan əməliyyatlarla mübarizə məqsədi ilə qoyulur. Belə ki, Rusiya Mərkəzi Bankı hesab açılmadan və hüquqi şəxs kimi qeydiyyatdan keçmədən məhz bu ölkələrə böyük məbləğlərdə pul köçürüldüyünü aşkar edib. Pullar ticarət mərkəzlərinin yaxınlığındakı bank şöbələrindən göndərilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/750738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR