Futbol üzrə 2022-ci il dünya çempionatının "Əl-Vakra" stadionunun açılışı mayın 16-da Qətər Əmiri Kubokundan əvvəl olacaq

Futbol üzrə 2022-ci il dünya çempionatının "Əl-Vakra" stadionunun açılışı mayın 16-da Qətər Əmiri Kubokundan əvvəl olacaq
22:32 29 Aprel 2019
92 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə 2022-ci il dünya çempionatının matçlarının keçiriləcəyi "Əl-Vakra" stadionu mayın 16-da Qətər Əmiri Kubokundan əvvəl açılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 40 min tamaşaçı tutan bu stadion dünya çempionatının dörddəbir final matçlarını qəbul edəcək. Dizaynerlərin niyyətinə görə arena ənənəvi ərəb qayığı formasında olacaq.

Bildirilir ki, stadionun innovasiyalı sərinləşdirmə sistemi və mütəhərrik damı olacaq. Dünya çempionatından sonra arenanın tutumu azaldılacaq və 20 min nəfərə çatdırılacaq.

Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərində: Doha, Lusail, Əl-Vakra, Əl-Xore, Ər-Rəyyan, Üm-Salal və Əş-Şamal şəhərlərində keçiriləcək. Hələlik yalnız bir arena - Dohada 40 min tamaşaçı tutan "Xəlifə" arenası istifadəyə verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR