Kikboksinq üzrə Azərbaycan çempionatının finalında 14 yaşlılar arasında gərgin döyüş olub

Kikboksinq üzrə Azərbaycan çempionatının finalında 14 yaşlılar arasında gərgin döyüş olub
22:47 29 Aprel 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

"Sərhədçi" İdman Kompleksində kikboksinq üzrə Azərbaycan çempionatı keçirilib.
"Report"un məlumatına görə, 69 kq-dan yuxarı çəki dərəcəsində 14 yaşlı kikboksçular arasında final döyüşü daha çox diqqət çəkib. Bu isə finalda "Naxçıvan" İdman Klubunun yetirməsi Nazim Həsənovun özündən cüssəli və ucaboy rəqiblə döyüşməsi ilə əlaqədar olub. Görüşü həmin rəqibin Həsənova döyüşdən əvvəl göndərdiyi mesaj daha da prinsipiallaşdırıb.
Gərgin və qarşılığlı mübarizə şəraitində keçən qarşılaşma N.Həsənovun qələbəsi ilə yekunlaşıb. Ona kuboku və diplomu Azərbaycan Kikboksinq Federasiyasının sədri, Milli Məclisin deputatı Adil Əliyev təqdim edib.



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/kikboksinq-uzre-azerbaycan-cempionati-finalinda-gergin-doyus-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR