"Qalatasaray" lider ola bilmədi

"Qalatasaray" lider ola bilmədi
23:17 29 Aprel 2019
114 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasında 30-cu tura yekun vurulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün iki matç keçirilib. "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşıb və bərabərə qalıb - 0:0. Bununla da İstanbul klubu vacib iki xal itirib və lider olmaq imkanından istifadə edə bilməyib. Digər matçda "Kasımpaşa "Malatyaspor"a uduzub - 1:2.

"Konyaspor" - "Qalatasaray" - 0:0

"Malatyaspor" - "Kasımpaşa" - 2:1
Qollar: Buyuk, 42 (1:0), Yalçin, 69 (2:0), Koita, 84 (2:1)

30 turdan sonra turnir cədvəlində 62 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 60 xalla 2-ci, "Beşiktaş" 59 xalla 3-cüdür. "Malatyaspor"  41 xalla 7-ci, "Konyaspor" və "Kasımpaşa" isə hərəyə 38 xalla 9-10-cü pillələri bölüşdürür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR