Yeni “Turksat” peyklərinin hazırlanması üçün kredit ayrılıb

Yeni “Turksat” peyklərinin hazırlanması üçün kredit ayrılıb
07:32 30 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın "U.K. Export Finance" təşkilatı "Turksat-5A" və "Turksat-5B" peyklərinin hazırlanması üçün Türkiyə Maliyyə Nazirliyinə 325 milyon dollar məbləğində kredit ayırıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda "Turksat" qruplaşmasına üç telekommunikasiya peyki daxildir. Türkiyə tərəfi yeni peyklərin hazırlanması üçün "Airbus Defence and Space" şirkətinə ödəniş edəcək.

"Turksat-5A" peykinin 2020-ci ildə, ikinci peykin isə bir il sonra orbitə çıxarılması planlaşdırılır.

Xatırladaq ki, Türkiyə hökuməti "Turksat-5B" peykinin yaradılması üçün "Airbus Defence and Space" şirkəti ilə sazişi 2017-ci ildə imzalayıb.

Eyvana çıxır, siqaret çəkirəm. Bəzən ərinirəm. Pilləkənin yanındakı külqabına qoymuram siqaret kötüklərini. Aborigen sakinlər də "babanıislahedək" heşteqinə əl atmazdan əvvəl fanerə bu yazını yazıblar. Sonra da siqaretxana yerimin qarşısından asıblar.
Ki, eyvana çıxıb siqaret çəkəndə vicdanım da tüstülənsin.
Bu bədxah və məkrli elementin kimliyini müəyyənləşdirəcəyəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR