Ərdoğan və Tramp Türkiyənin S-400 sistemlərini almasını müzakirə ediblər

Ərdoğan və Tramp Türkiyənin S-400 sistemlərini almasını müzakirə ediblər
08:05 30 Aprel 2019
70 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti administrasiyasından bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin almasını müzakirə ediblər: "Bizim prezident bu gün ABŞ prezidenti Donald Tramp ilə telefonla danışıb, o, S-400 üzrə işçi qrupunun yaradılması ideyasını səsləndirib".

Bunda əlavə, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə sıx əməkdaşlıq etməkdə razılaşıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/750831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR