“OnePlus” smartfonlarının təqdimat tarixi açıqlanıb

“OnePlus” smartfonlarının təqdimat tarixi açıqlanıb
08:22 30 Aprel 2019
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

"OnePlus" şirkəti yeni qabaqcıl "OnePlus 7" smartfonlarını mayın 14-də rəsmən təqdim etməyi planlaşdırır. Bu tarix şirkətin rəsmi nümayəndələri tərəfindən açıqlanıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu dəfə "OnePlus" ənənəni pozaraq bir smartfon əvəzinə, ikisini təqdim etmək niyyətindədir. Söhbət "OnePlus 7" və "OnePlus 7 Pro" qurğularından gedir.

"OnePlus 7" smartfonu qiymət və keyfiyyət nisbətinə görə optimal variant kimi hesab edilir. "OnePlus 7 Pro" qurğusu isə yaxın illərdə bütün dünyada istifadəyə veriləcək beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) indidən dəstəkləməsi ilə seçilir.

"OnePlus 7" smartfonu dizaynda fərqlə yanaşı, üç moduldan ibarət əsas kamera, eləcə də son dövrlərdə dəb halını alan irəli çəkilən ön kamera ilə təchiz ediləcək.

Bundan əlavə, qurğu 6,5 düym diaqonallı "AMOLED" ekrana və 44 vatlıq qurğu vasitəsilə sürətli enerjidoldurmanı dəstəkləyən 4 min milliamper/saat tutumlu akkumulyator batareyasına malik olacaq.

"OnePlus 7" və "OnePlus 7 Pro" smartfonları birkristallı "Qualcomm Snapdragon 855" sistemi üzərində qurulub. Qurğuların başlanğıc qiyməti 570 dollar təşkil edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR