Rusiyada sərnişin avtobusunun "KaMAZ"la toqquşması nəticəsində onlarla insan xəsarət alıb

Rusiyada sərnişin avtobusunun "KaMAZ"la toqquşması nəticəsində onlarla insan xəsarət alıb
08:27 30 Aprel 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Orlovsk vilayətinin Kromsk rayonunda baş verib.
Belə ki, avtobus "KamAZ"la toqquşaraq yoldan çıxıb və yol kənarındakı xəndəyə aşıb. Hadisə nəticəsində 26 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1-i cərrahi əməliyyat edilib. Qeyd edilir ki, hazırda xəstəxanada 12 nəfərin müalicəsi davam etdirilir. 
Qəza zamanı xəsarət almış daha 2 qadın müalicə üçün Orlovsk vilayətinin kliniki xəstəxanasına göndəriləcək. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-avtobusun-qezaya-ugramasi-neticesinde-26-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR