Çin yaxın 10 ildə Aya insan göndərməyi planlaşdırır

Çin yaxın 10 ildə Aya insan göndərməyi planlaşdırır
08:32 30 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Çin Ayın cənub qütbündə elmi-tədqiqat stansiyası inşa etməyi və təxminən 10 il sonra idarə olunan Ay missiyasını həyata keçirməyi planlaşdırır. Çin Dövlət Kosmik İdarəsinin rəhbəri Çjan Keszyan belə bəyanatla çıxış edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, idarənin rəhbəri, həmçinin bildirib ki, Çinin "Çanye-5" zondu cari ilin sonunadək Ayın torpaq nümunələrini Yer kürəsinə gətirməlidir və bu nümunələr Mao Tszedunun vətəni olan Şaoşanda saxlanılacaq.

Bundan başqa o öz çıxışında qeyd edib ki, Çin 2020-ci ildə ilk Mars zondunu buraxacaq.

Xatırladaq ki, Çin 24 aprel 1970-ci il tarixində dünya kosmik dövlətlər klubuna qoşulub.

2016-cı ildən etibarən aprelin 24-ü Çində Kosmonavtika Günü kimi qeyd olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750486.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR