İphone-lərdə səhvləri aradan qaldıran sistem : Joyoshare UltFix

İphone-lərdə səhvləri aradan qaldıran sistem : Joyoshare UltFix
08:37 30 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Ağıllı telefonlarda  istifadəçilərin ən çox qarşılaşdıqları problem proqramlarla bağlıdır.

Milli.Az chip.az-a istinadən bildirir ki, "Apple" əməliyyat sistemi olan iOS-larda da bu proqram problemlərinə rast gəlinir.  "Apple" bu səhvləri kökdən aradan qaldırmaq üçün xüsusi yollar axtarır. Bəzən cihazın bu səhvlərdən qurtulması üçün yenidən qurulması riskli olur. Telefonunuzun yaddaşında silinməməsi lazım olan fayllarınız varsa və başqa bir nüsxəsi yoxdursa  belə vəziyyətlərdə onu yenidən geri qaytarmaq çətinləşir.

iOS əməliyyat sistemli cihazlarda bu problemi müəyyən qədər aradan qaldıran "Joyoshare UltFix" sistemi mövcuddur.

iPhone, iPad, və ya iPod-larda ekranın donması, DFU rejimində tez-tez kilidli qalması, ekranın qaralması ən çox rast gəlinən problemlərdəndir. Belə bir vəziyyətdə cihazı servisə aparmadan işlətmək və ya parametrləri yeniləmədən işlətmək mümkün olmur.

JoyoShare UltFix ilə 3 sadə mərhələni keçməklə cihaz əvvəlki vəziyyətinə geri qaytarılır. Həm "Windows", həm də "MacOS" versiyaları olan proqram təminatı üçün hər hansı bir əlavə avadanlığa gərək qalmır. "Joyoshare UltFix"i  "Windows" versiyalarında yoxlamaq üçün  birinci linkə, "MacOS"versiyaları üçün isə ikinci linkə daxil olaraq yoxlaya bilərsiniz:

1) https://bit.ly/2L2axvk 

2) https://bit.ly/2IUw5HI 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR