Chevrolet 113.000 avtomobilini geri çağırdı

Chevrolet 113.000 avtomobilini geri çağırdı
09:05 30 Aprel 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-da avtomobi istehsal  şirkəti olan "Chevrolet"  "SUV Trax" modelinə məxsus 113 min vasitəni geri çağırıb.

Milli.Az chip.az-a istinadən bildirir ki, şirkət vasitənin sistemində qəza riskini artıracaq qüsurun aradan qaldırmaq məqsədi ilə geri çağırım etdiklərini bildirib.

Təhlükəsizlik problemi avtomobillərdə dizayn və performansla yanaşı mühüm olan məsələlərdən biridir. Dizayn mərhələsindəki yol verilən hər hansısa səhvin nəqliyyat vastəsinin istifadəsi zamanı  təhlükəsizliyi riskə atması bir çox istehsalçının qarşılaşdığı problemdir. Bu proses "Chevrolet" şirkətinə məxsus  "SUV Trax" modelində də müşahidə olunub.

1 İyul 2017 və 4 Aprel 2019 tarixləri arasında istehsal edilən "Trax"ın sistemlərində aşkarlanan problem şirkəti  böyük bir geri çağırış etməyə vadar etdi. Vasitələrin alt kontrol hissəsinin  quraşdırılmasında yanlışlığa yol verilməsi  həmin hissənin zamanla zəif işləyərək qəzalara gətirib çıxaracağı bildirilib. Şirkət bu kimi hadisələrin baş verməməsi üçün geri çağırım edərək problemin həll olunmasına çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/750489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR