"Uşaq Qaynar" xəttinə daxil olan müraciətlərin

"Son illərdə Azərbaycanda zorakılığa məruz qalan uşaqların sayı artıb".

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova deyib.

Onun sözlərinə görə, 2010-cu ilin fevral ayından indiyə qədər "Uşaq Qaynar" xəttinə 36 minə yaxın müraciət daxil olub: "Bu ilin 4 ayında isə müraciətlərin sayı 861 olub. Daxil olan zənglərin böyük əksəriyyəti bölgələrdən olsa da, paytaxtda da bu kimi hallar artıb. Daxil olan müraciətlər arasında yaş qrupları fərqlidir. 5 yaşlı, eləcə də 10-16 yaş arası uşaqlar da var. Xüsusilə keçid dövrü yaşayan 12-14 yaş arası yeniyetmələrdən daxil olan müraciətlər daha çoxdur. Daxil olan bütün zənglər mütəxəssis və peşəkar psixoloqlar tərəfindən araşdırılaraq cavablandırılır".

K.Aşumova əlavə edib ki, Azərbaycanda 9 ildir uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində işlər görülür: “Biz bu istiqamətdə tibb işçilərinə maarifləndirici təlimlər keçirik. Xüsusilə pediatrların bu təlimlərə cəlb edilməsinə diqqət göstəririk. Onlar zorakılığa məruz qalan uşaqlarla rastlaşdıqda hara və hansı şəkildə müraciət etməli olduqlarını izah edirik. Bu yalnız vəzifə borcu deyil, insanlıq vəzifəsidir. Təəssüf ki, bölgələrdə zorakılığa məruz qalan uşaqların sayının artmasına səbəb orada ailələrin, azyaşlıların müraciət edə biləcəyi sosial xidmət mərkəzlərinin olmamasıdır”.

ŞOK! Görün bu səbəbdən nə günə düşdü? - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR