Kloppdan "Barselona" azarkeşlərini qəzəbləndirən açıqlama

Kloppdan "Barselona" azarkeşlərini qəzəbləndirən açıqlama
10:52 30 Aprel 2019
96 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə qarşılaşacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp rəqib barədə danışıb. 

Alman mütəxəssis "Barselona"nın ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionu ilə bağlı danışarkən rəqib azarkeşləri qəzəbləndirəcək sözlər deyib: ""Nou Kamp", sadəcə, bir futbol stadionudu. Olduqca böyükdü, amma futbolun məbədi deyil. İndiyədək bu stadionda pis oynayan komandalar olub. Bu dəfə biz orda oynamağı təcrübədən keçirəcəyik. Ümid edirəm ki, bacaracağıq".

Qeyd edək ki, "Barselona" azarkeşləri "Nou Kamp"ı məbəd adlandırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR