ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndələri Türkiyəyə gəlir

ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndələri Türkiyəyə gəlir
10:57 30 Aprel 2019
36 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri ilə ABŞ dövlət katibinin İŞİD və Suriya məsələləri üzrə köməkçisinin müavini, xüsusi səfir Coel Reybern aprelin 30-da Türkiyəyə səfər edəcək.
“Report “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti açıqlama yayıb.
Görüşlərdə ABŞ-ın Suriyadakı fəaliyyətini azaltdıqdan sonra Ərəb Respublikasının şimalında Türkiyənin təhlükəsilziyinin qanun çərçivəsində qorunması müzakirə olunacaq.
Açıqlamda o da vurğulanıb ki, Suriyanın şimalında sabitlik və təhlükəsizliyin qorunması, İŞİD-in məğlubiyyətinin qalıcılığı kimi məsələlər də müzakirə olunacaq mövzulardandır.
Səfər mayın 2-dək davam edəcək.
C.Ceffrinin başçılıq etdiyi nümayəndə heyəti Ankara ziyarətindən sonra İsveçrənin Cenervrə şəhərində Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və Böyük Britaniytanın xüsusi səfirləri, Suriyanın bir sıra qrupları ilə görüşlər keçirəcək.
Qeyd edək ki, apreılin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/amerikali-sefirler-suriya-meselesinin-turkiye-ile-muzakire-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR