Yeni doğulan körpənin ölümü ilə bağlı CİNAYƏT İŞİ

Yeni doğulan körpənin ölümü ilə bağlı CİNAYƏT İŞİ
10:59 30 Aprel 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

 
Azərbayvanda uşaq ölümü baş verib.
 
ONA-nın məlumatına görə, Ağdam rayonu, Baharlı kənd sakini, 1981-ci il təvəllüdlü Günel Cəfərova bir müddət əvvəl doğuşla bağlı Bərdə rayon doğum evinə daxil olub. Qadın qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Körpənin səhhətində problemlər olduğu üçün o dərhal Bakıda aparılıb. Müayinə zamanı körpənin ürəyinin klapanlarının üçünün işləmədiyi müəyyən edilib. Lakin həkimlər uşağı əməliyyat etməyib. Körpə bir neçə gün sonra dünyasını dəyişib.
 
Uşağın yaxınları bununla bağlı Ağdam rayon Prokurorluğuna şikayət ediblər. Onlar uşağı müayinə edən həkimin məsuliyyətə cəlb edilməsini istəyir.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.  

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312983

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR