Salanın ölümdən sonrakı FOTOsunu yayan 2 nəfər həbs olundu

Salanın ölümdən sonrakı FOTOsunu yayan 2 nəfər həbs olundu
11:52 30 Aprel 2019
98 İdman
Ölkə mətbuatı
A- A+

Britaniya polisi aviaqəzada həlak olmuş futbolçu Emiliano Salanın ölümdən sonrakı fotolarını çəkən 2 nəfəri həbs edib.

Həmin şəxslər mərhum idmançının fotolarını yaymaqda ittiham olunurlar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, faktla bağlı 48 yaşlı qadın və 62 yaşlı kişi saxlanılıb. Polislər güman edirlər ki, onlar meyitxananın kompyuterindəki fotolarını oğurlayıblar, sonra isə şəkli sosial şəbəkədə yayıblar.

Qeyd edilir ki, foto bir neçə həftə əvvəl sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, 28 yaşlı argentinalı futbolçunun olduğu təyyarə yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı radardan itib. Təyyarənin qalıqları fevralın əvvəllərində La-Manş boğazının dibində tapılıb. Futbolçunun cəsədi fevralın 8-də suyun dibindən çıxarılıb.

Uelsin "Kardiff Siti" komandası FIFA-ya təyyarə qəzasında dünyasını dəyişən futbolçu üçün Fransa "Nant"ına ödəniş etməyəcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/750895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR