Göygöldə avtomobil qəzasında ölən 8 nəfər dəfn edilir

Göygöldə avtomobil qəzasında ölən 8 nəfər dəfn edilir
11:52 30 Aprel 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Göygöldə avtomobil qəzası zamanı ölənlər dəfn edilirlər.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kəndi ərazisində baş vermiş avtomobil qəzası zamanı ölənlər Gəncə şəhərində "Səbiskarlıqda" torpağa tapşırılırlar. 
Qeyd edək ki, aprelin 29-da Göygöldə "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 8 nəfər ölüb. Bunlar Daşkəsən rayon sakinləri - 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, 2018-ci il təvəllüdlü Rübab Eldəniz qızı Həsənova, 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova (hamısı "VAZ-2107" markalı avtomobildə olublar), həmçinin 1986-cı il təvəllüdlü Aslan Əbülfət oğlu Camalov, 1949-cu il təvəllüdlü Həmid Səməd oğlu Bayramov, 1995-ci il təvəllüdlü Sevinc Mehman qızı Camalova və 2016-cı il təvəllüdlü Hüseyn Aslan oğlu Camalovdur. 
Qəza nəticəsində Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənova isə xəsarət alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/goygolde-avtomobil-qezasinda-olenler-defn-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR