Məşhur futbolçu dünyanın ən bahalı avtomobilini aldı

Məşhur futbolçu dünyanın ən bahalı avtomobilini aldı
11:54 30 Aprel 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Portuqaliya milli komandasının və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldo avtomobil kolleksiyasını yeni modellə zənginləşdirib.
 
ONA-nın məlumatına görə, hücumçu “Bugatti” şirkətinin ötən ilin martında Cenevrə avtosalonunda nümayiş olunan “La Voiture Noire” modelini alıb.
 
11 milyon avro qiyməti olan bu maşın dünyanın ən bahalı avtomobili adlandırılır. 1500 at gücünə malik avtomobilin sürəti 420 km/s-a çatır.
“Buqatti” yalnız bir ədəd belə maşın hazırlayıb. Xarici mətbuat yeganə maşının sahibinin K.Ronaldo olduğunu iddia edir. Lakin Fransa şirkəti hələlik maşını kimə satdığını açıqlamamaqla bunu təsdiqləməyib. 11 milyon avroluq avtomobilin sahibi 2021-ci ilədək maşını sürə bilməyəcək. Çünki mühəndislər tamamlama işlərini yalnız həmin vaxt yekunlaşdıracaq.
 
Qeyd edək ki, 2018-ci ilin yayında “Real”dan “Yuventus”a keçən K.Ronaldonun illik maaşı 30 milyon avrodur.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR