Bakı sakininin avtomobilinə zərər vuranlar saxlanıldı

Bakı sakininin avtomobilinə zərər vuranlar saxlanıldı
12:04 30 Aprel 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Əmlaka qəsdən ziyan vuran şəxslər saxlanılıb.
 
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ç.Naxçıvani aprelin 14-də saat 1 radələrində yaşadığı evin qarşısında 2 nəfərin onun “Mercedes” markalı avtomobilinin şüşəsini və farasını sındırdığını, habelə qapısını və yük yerini əzdiyini bildirib.
 
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Qarayev və M.Papaxov saxlanılıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR