Maşının hər tərəfini əzib, şüşələrini qırdılar – GECƏYARISI BAKIDA

Maşının hər tərəfini əzib, şüşələrini qırdılar – GECƏYARISI BAKIDA
12:23 30 Aprel 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda başqasının əmlakına ziyan vuran şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ç.Naxçıvani aprelin 14-də saat 1 radələrində yaşadığı evin qarşısında 2 nəfərin onun “Mercedes” markalı avtomobilinin şüşəsini və farasını sındırmasını, habelə qapısını və yük yerini əzməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Qarayev və M.Papaxov saxlanılıblar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/277216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR