​"Azərbaycan tarix boyunca həm çox millətli, həm də çoxkonfessiyalı ölkə olub"

"Azərbaycan tarix boyunca həm çox millətli, həm də çoxkonfessiyalı ölkə olub".

Metbuat.az-ın məlumatına görə, bunu "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı bildirib. Onun sözlərinə görə, Azərbaycan həm milli tərkibinə, həm də digər dinlərin nümayəndələrinə qarşı münasibətdə hər zaman fərqlənib. Müstəqillik dövründə də bu davam edib:

"Ancaq dini radikalizm ölkəmizdə də müəyyən məkanlarda və zamanlarda lazım olan xətti keçir. Fərqli dinlərin yaşadıqları cəmiyyətdə bu təhdid xüsusi təhlükəlidir. Bu, ölkədəki sabitliyə xələl gətirə bilər. Ona görə hər bir dövlət qurumu, eyni zamanda fərd buna qarşı mübarizə aparmalıdır. Bu tədbirlərdə hüquq mühafizə orqanlarına hər birimiz kömək etməliyik. Onlar məqsədi millətin asayişini qorumaqdır.

Dini maarifləndirmə isə sırf bizim Komitənin işidir, dövlət də bizə bu istiqaməti məsləhət görür".

Səyyad Salahlı bildirib ki, Azərbaycanda 2500 ildən çoxdur yəhudilər, 1500 ildən çoxdur xristianlar və digər dinlərin nümayəndələri azad, rahat şəkildə yaşayırlar:

"Radikalizm birdən yaranmır, bu, fanatizm, cəhalət nəticəsində yaranır. Təəssüf ki, bəzi insanlar dini fanatizm dərəcəsində edir. Radikal şəxslərin tərkibi də yekdil olmur, orada gənclər, məktəbi yeni bitirənlər də olur, yaşlı şəxslər də. Təəssüf ki, bəzən belə şəxslər düşmənin şirnikləncidiri vədlərinə inanıb onların dediklərini etməyə razılıq verir və bununla da həyatlarını məhv edirlər. Ona görə də bu cür konfransları tez-tez həyata keçiririk ki, dini maarifləndirməni genişləndirək".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR