Külli miqdarda narkotik tapıldı

Külli miqdarda narkotik tapıldı
12:29 30 Aprel 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Keçmiş məhkumlar külli miqdarda narkotiklə saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1,1 kiloqramdan atıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
 
Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayonunun Günəşli kənd sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov və həmkəndlisi, əvvəllər məhkum olunmuş Xalid Cəbrayılov B.Həsənovun idarə etdiyi “Vaz 2106” markalı avtomobillə saxlanılıb. Saxlanılarkən X.Cəbrayılovun üzərinə keçirilən baxış zamanı 11.726 qram narkotik vasitə olan heroin, avtomobildən isə 1 kiloqram 105 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR