Bütün Cənubi azərbaycanlılar sabah Təbrizə yığışacaq - İrana qarşı...

Bütün Cənubi azərbaycanlılar sabah Təbrizə yığışacaq - İrana qarşı...
12:33 30 Aprel 2019
100 İdman
Ölkə mətbuatı
A- A+

Təbrizin şanlı “Traxtur” komandası İran liqasının 28-ci həftəsində turnirin ən prinsipial görüşlərindən birinə hazırlaşır.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin hazırkı lideri olan Tehranın “Persepolis” komandasını qonaq edəcək.

Görüş mayın 1-də, Bakı vaxtilə saat 17:30-da Təbrizin “Səhənd” stadionunda başlayacaq.

Qeyd edək ki, Tehranın “Persepolis” və “İstiqlal” klubları İran hökuməti tərəfindən dəstəklənir. Maliyyə yardımları bir yana, Futbol Federasiyasi və İdman Nazirliyi davamlı olaraq paytaxt komandalarının xeyrinə ssenari qurub, onları çempion edir.

Bütün bunları nəzərə alan “Traxtur” tərəfdarları çərşənbə günü keçiriləcək görüşdə aktiv iştirak edəcəklərini açıqlayıblar. Məlumata görə, artıq Güney Azərbaycanın müxtəlif şəhərlərindən olan komanda tərəfdarları Təbrizə gəlməyə hazırlaşır. Çərşənbə günü keçiriləcək görüş bütün futbolsevər soydaşlarımızın diqqət mərkəzindədir.

Kritik oyunu Cənubi Azərbaycanın mətbu orqanı olan “Günaz”ın TV kanalından canlı izləyə bilərsiniz.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/277215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR