Avtomobil oğrusu saxlanıldı

Avtomobil oğrusu saxlanıldı
12:34 30 Aprel 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobil oğrusu saxlanılıb.
 
Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Musayev aprelin 28-də saat 3 radələrində evinin qarşısından “Saipa” markalı avtomobilinin qaçırıldığını bildirib.
 
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır.
 
Qısa müddətdə avtomobil M.K.Atatürk prospektindəki evlərin birinin qarşısında tapılıb.
 
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Xəlilov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
 
Araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/313009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR