Azərbaycan ərəb ölkəsinə yumurta ixracına başlayıb

Azərbaycan ərəb ölkəsinə yumurta ixracına başlayıb
13:29 30 Aprel 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Nəsibova - Trend:

Hacıqabul quşçuluq fabriki bu aydan etibarən Qətərə yumurta ixracına başlayıb.

Bu barədə Trend-ə müəssisədən bildiriblər.

Məlumatda qeyd olunur ki, tədarük həcmi 1000 bağlama və ya 36 min ədəd yumurta təşkil edib:

“Biz Qətərə tədarük həcmini 40-45 min ədədədək artırmağı planlaşdırırıq. İl ərzində fabrik 30-35 milyon yumurta istehsal edir”.

Müəssisədən bildiriblər ki, fabrikin istehsal etdiyi yumurta İraq, İran və Əfqanıstana tədarük edilir.

Qeyd edək ki, əvvəllər fabrikdə broyler toyuqları da istehsal olunurdu, indi bu istehsalat prosesi dayandırılıb.

Fabrik Rusiya, Ukrayna və Türkiyə istehsalı olan avadanlıqla təchiz edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3046852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR